Səsvermədə saxtakarlıq edilib?

Mədəniyyət

585

Səsvermədə saxtakarlıq edilib?“5/5” verilişinin “Kimi bəyənirsiniz?” rubrikası ətrafında qalmaqal yaranıb.
Səsvermədə saxtakarlıq edilib?
Axşam.az-ın məlumatına görə, verilişdə bu dəfə müğənni Manaf Ağayevlə Əflatun Qubadov səsverməyə qoyulub. İlk günlər aparıcı Zaur Kamal Ə.Qubadovun öndə olduğunu elan edib. İnstaqramda aparılan səsvermədə daha sonra M.Ağayev önə keçməyə başlayıb.
Səsvermədə saxtakarlıq edilib?
Z.Kamal proqramda açıqlama verərək, bildirib ki, səsvermədə saxtakarlıq olub. Belə ki, qəfildən səslər Manafa verilib. Onun adının yazıldığı profillər isə xaricdən olub. Z.Kamal “Xüsusi proqram vasitəsiylə pul qoyub özünə səs verdirir. Yalnız Azərbaycandan gələn səslər hesablanacaq” deyə bildirib.
Səsvermədə saxtakarlıq edilib?
Saxta səslərin dayanmadığını görən proqramın yaradıcı heyəti müğənnilərdən heç birini qalib elan etməyib. Z.Kamal efirdə sosial şəbəkədə yazılan şərhləri M.Ağayevə göstərərək ona söz atıb:

“Şərh 60 mini gəlib keçdi. Şərhlər arasında xarici vətəndaşlar çox oldu. Ola bilsin ki, Manafın da, Əflatunun da xaricdə fanatları var. Amma maraqlıdır ki, xaricilər eyni sözü kopi edib mənim də şəxsi profilimə göndərirlər. Eyni cümləni fərqli adlarla atırlar. Bunlar proqramla yazılıb. Şərhləri yazan adlar isə xarici vətəndaşlardır. Bunlar necə olur bilmirəm. Amma bu proqramla edilib. Ona görə də biz səsverməni dayandırdıq. Heç bir müğənninin səsini hesablamadıq”.