"Mixail Qorbaçova həsr olunmuş bir tamaşanın səhnələşdirilməsi tarixi yaddaşımıza zərbədir"

Mədəniyyət

139

"Mixail Qorbaçova həsr olunmuş bir tamaşanın səhnələşdirilməsi tarixi yaddaşımıza zərbədir"
“Rusiya Kommunistləri” partiyası Rusiya Mədəniyyət Nazirliyindən Qorbaçov tamaşasının ölkə teatrlarında səhnələşdirilməsinin qarşısını almağı tələb edib.

Bu haqda İsrail mediası xəbər verir.

"Mixail Qorbaçova həsr olunmuş bir tamaşanın səhnələşdirilməsi tarixi yaddaşımıza zərbədir və SSRİ-nin dağılması səbəbindən böyük əzab və qurbanlara məruz qalan və bu zülmlərdən çətinliklə xilas olan bütün rusları incidir"- partiya lideri Maksim Suraykin "Novosti" xəbər agentliyinə verdiyi açıqlamada belə deyib.

10 oktyabrda Millətlər Teatrı rejissor Alvis Hermanisin "Qorbaçov" tamaşasını təqdim edib. Tamaşada Qorbaçov cütlüyünün həyatından hekayələr nümayiş olunur. Səhnə əsərində iki aktyor iştirak edir: Mixail Qorbaçovu Yevgeni Mironov, Raisa Qorbaçovanı isə Çulpan Xamatova canlandırır.

Mixail Qorbaçov tamaşanın premyerası öncəsi nümayişə qatılıb və müsbət reaksiya verib. SSRİ-nin ilk və son prezidenti Xamatovanın oyununu “fantastik” adlandırıb.

Conflict.az