“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq

Mədəniyyət

579

“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq
Rejissor Frensis Ford Koppola “Xaç atası 3” (The Godfather 3) filmini yenidən redaktə və bərpa etmək, həmçinin filmin başlanğıcı ilə sonunu dəyişdirmək niyyətindədir.

Bu barədə “Deadline” xəbər yayır.

Yeni versiya filmin 30-cu ildönümü münasibətilə dekabr ayında məhdud icarə ilə satışa çıxarılacaq. Yalnız bundan sonra film striminq platformalarında izlənilə bilər.

“Xaç atası 3” filmi 1990-cı ildə ekranlara çıxıb. Süjetin mərkəzində cinayətkar keçmişi ilə əlaqə yaratmağa çalışan və imperatorluğuna layiqli varis axtaran 60 yaşlı Maykl Korleone dayanır.

Conflict.az