Dilarə Kazımova:- “Heç vecimə deyilsən”

Mədəniyyət

241

Dilarə Kazımova:- “Heç vecimə deyilsən”
Tanınmış müğənni Dilarə Kazımova 14 fevral –Sevgililər günündə “Heç vecimə deyilsən” klipi ilə gündəm yaradıb. Yeni işıq üzü görən klipdə müğənninin sevgilisi olmayanların dilindən səsləndirdiyi mahnının söz və musiqisi Nəzrin Vəlizadəyə, aranjimanı isə Fidan Alivaya aiddir.

“Boomerang Label”-ın dəstəyi ilə ərsəyə gələn klipin ideyasının müəllifi isə Dilarə Kazımova özü olub. Nigar Məmmədovanın rejissorluğu ilə operator Ruslan Ağazadənin lentə aldığı “Heç vecimə deyilsən” klipində maraqlı nüanslar yaşanıb. Sevən xanımların dəyişkənliyini canlandıran müğənni bəylərə bildirir ki, dəlicə sevən qadının belə bir gün vecinə olmaya bilərlər.

Klipdə məşhur simalar müğənni Ülviyyə Rəhimova və Sabina Nuriyeva da maraqlı obraz yaradıblar.

Yeni klipi aşağıdakı linkdə izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=ZSugSDXf5KM&feature=youtu.be&fbclid=IwAR0jklZ-MADwXALIriLRBK0EgLAJXUaFzM2PAyBXkyK8lD5_dxkh4ZhsVFQ

Conflict.az