Sima dəyişdirildi - Bakıya Demet gələcək

Mədəniyyət

272

Sima dəyişdirildi - Bakıya Demet gələcək“Altın Kelebek” mükafatının siması dəyişdirilib. Bundan sonra mükafatlandırma gecəsinin üzü türkiyəli aktrisa Demet Özdemir olacaq.
Sima dəyişdirildi - Bakıya Demet gələcək
Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi həftəsonu “Altın kelebek” mükafatı ilə bağlı Bakıya təşrif buyuracaq.
Sima dəyişdirildi - Bakıya Demet gələcək
O, təşkil olunan gecədə iştirak edəcək və media nümayəndələri ilə görüşəcək.Qeyd edək ki, daha öncə Bakıya gələn sənətçinin Ebru Şahin olacağı bildirilmişdi. Lakin mükafatlandırma gecəsinin siması dəyişdirildiyinən D.Özdemir gəlməli olub.

Onu da bildirək ki, bu il “Altın kelebek”də “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə Xalq artisti Röya Ayxan, müğənnilər Murad Arif, Azad Şabanov, Elçin Cəfərov, Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Xəyyam Nisanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva yarışacaq.