"Game of Thrones"un istehsalçısından ŞAD XƏBƏR: yeni serial gəlir

Mədəniyyət

394

"Game of Thrones"un istehsalçısından ŞAD XƏBƏR: yeni serial gəlirDünya miqyasında milyonlarla insan tərəfindən izlənən "Game of Thrones"un (Taxtların oyunu) istehsalçı firması HBO yeni serialın elanını verib.

Yeni serial Taxtların oyunundakı hadisələrdən 300 il əvvəl yaşananlardan bəhs edəcək.

“House of the Dragon” (Əjdahanın Evi) adı verilən yeni serialın ssenaristləri arasında "Game of Thrones" kitablarının yazarı Corc RR Martin də yer alıb.

Serialın yayım tarixi haqqında məlumat verilməyib.

Bu açıqlamadan bir neçə saat əvvəl ABŞ mətbuatında dərc olunan xəbərlərdə bu ilin yay aylarında elan edilən və "Oskar"a namizəd göstərilən Naomi Vatsın da heyətində olduğu serialın ləğv edildiyi açıqlanmışdı.