“Nəsimi ilinə möhür vuran layihədir…” - Xumar Qədimova

Mədəniyyət

511

“Nəsimi ilinə möhür vuran layihədir…” - Xumar QədimovaƏməkdar artist Xumar Qədimova İmaməddin Nəsiminin 650 illiyinə həsr olunan böyük layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni dahi şairin “Neylərəm” qəzəlinə mahnı bəstələyib.

Xumar Qədimova aranjımanı Əvəz Muradov və Bəxtiyar Həsənova məxsus nəğməni ekranlaşdırmaq qərarına gəlib. Sözügedən layihədə gənc aktyor Səfa Mehdi də rol alıb.

Məşhur müğənni açıqlamasında bildirib ki, əsər Nəsimi ilinə möhür vuracaq:

“Hamınıza məlumdur ki, illərdir çox möhtəşəm – Hüseyn Cavid, Almas İldırım, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadənin əsərlərini sizə təqdim etmişəm. Belə olub, olacaq da… Demək olar ki, bir ildir Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi”ni işləyirəm. Amma illər öncədən beynimdə, ruhumda İmaməddin Nəsimi olmalıdır.

Onun “Neylərəm” qəzəlini çox sevirəm. İçimdə yaranmış, doğulmuşdu. Sadəcə Şəhriyar əsəri üzərində çalışdığım üçün Nəsimini saxlamışdım. Bu il Nəsiminin 650 illiyini qeyd etdiyimiz üçün Şəhriyarı saxladım, xüsusi diqqətimi Nəsimiyə ayırdım. Musiqisi mənə məxsusdur. Möhtəşəm bir kompozisiya ərsəyə gəlib. Orada böyük sürprizlər var. Xumardan nələr görəcəksiz… Bu dəfə qərara gəldim ki, əziyyətin öhdəsindən tək gələcəm. Məncə, gəldim də… Nəsimi ilinə möhür vuran layihədir. Sizi sevirəm, dinləyin, izləyin”.