Əməkdar artist Teatr Xadimləri İttifaqından çıxdı

Mədəniyyət

497

Əməkdar artist Teatr Xadimləri İttifaqından çıxdıÖtən günlərdə Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqına (TXİ) etiraz edib, üzvlükdən çıxmaqla bağlı ərizə yazdığını bildirmişdi.

Axşam.az xəbər verir ki, bu gün onun ərizəsinə rəsmi cavab gəlib.

Aktyor sosial media hesabında “Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm” deyə, o, yazıb.

Qeyd edək ki, aktyor TXİ-nin üzvü olduğu halda, baş tutan XIV konfransa buraxılmamışdı.