Daha bir qadını keçmiş əri öldürdü - Beyləqanda (YENİLƏNDİ)

Kriminal

122

Daha bir qadını keçmiş əri öldürdü - Beyləqanda (YENİLƏNDİ)Beyləqan rayonunda daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Axar.az-a daxil olan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Beyləqan Rayon Gigiyena və Epidemialogiya Mərkəzində işləyən Könül Bəhrəmli adlı xanım rəsmi şəkildə boşandığı həyat yoldaşı tərəfindən elə iş yerində öldürülüb.

Bir neçə bıçaq zərbəsi alan qadın yaxınlıqdakı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılan zaman vəziyyəti ağır olsa da, sağ olub.Məlumata görə, qadının onun qətlə yetirən həyat yoldaşı ilə nikahından 10 yaşında bir övladı var.

Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədov Axar.az-a faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün səhər 11-12 radələrində baş verib və gənc qadın hadisə yerində dünyasını dəyişib:

“Könül Bəhmən Bəhrəmli qızı bir müddət əvvəl həyat yoldaşından boşanıb. Hətta boşanma prosesləri də problemli olub. Oğlan ailəyə, qadına narahatlıq verib həmişə. Məhkəmə prosesi zamanı qayınatasını bıçaqlayıb, məhkəmə salonuna girərkən. Bir müddət imiş ki, qızı da izləyirmiş öldürmək üçün. Xanım işdə olub, həyətə çıxan zaman bundan istifadə edərək hücum edib bıçaqlayıb. Öldürülən qadın 1994-cü il təvəllüdlüdür. Xəstəxanaya çatdırılan zaman artıq keçinmişdi”.