Kafedə musiqi üstündə qanlı dava törədənlərə ağır - Cəza

Kriminal

36

Kafedə musiqi üstündə qanlı dava törədənlərə ağır - CəzaBakıda qətl törətməkdə təqsirli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini Xaliq Mustafayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Elçin Nəcəfovun 19 il, Xaliq Mustafayevin isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb.

Cavid Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılıblar.

İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə musiqi sifariş vermək üstündə düşüb. Cavid Həməzyevin həm sifarişi kəsilib, həm də döyülüb.

İstintaq orqanı tərəfindən Elçin Nəcəfov və Xaliq Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.