Bakıda adam oğurluğu edən şəxs tutuldu - Başqa cinayəti də açıldı

Kriminal

195

Bakıda adam oğurluğu edən şəxs tutuldu - Başqa cinayəti də açıldıBakının Nizami rayonunda oğurluq baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.