İşlədikləri yerdən 170 min oğurlayan şəxslər ələ keçdi

Kriminal

88

İşlədikləri yerdən 170 min oğurlayan şəxslər ələ keçdiSaatlı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən verilən məlumata görə, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub.

Saatlı RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.