Ukraynada azərbaycanlı qardaşını bıçaqladı - Qız üstündə

Kriminal

144

Ukraynada azərbaycanlı qardaşını bıçaqladı - Qız üstündəUkraynanın Sumı vilayətinin Konotop şəhərində azərbaycanlı qardaşlar arasında dava düşüb.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan 39 yaşlı azərbaycanlı qardaşını bıçaqlayıb.

Hadisə iyulun 31-də baş verib. Əvvəllər beş dəfə məhkum olunmuş soydaşımız Konotopda kafelərdən birində qardaşları ilə birlikdə spirtli içki qəbul edib.

Daha sonra onların arasında qız üstündə mübahisə düşüb. 39 yaşlı kişi qardaşını sinə və başından bıçaqla yaralayıb.

Yaralı Konotop Şəhər Xəstəxanasına yerləşdirilib.

Bir neçə saat sonra şübhəli şəxs saxlanılıb və həbs edilib.