Məhkəmədən məşhur şirkətlə bağlı - Qərar

Kriminal

200

Məhkəmədən məşhur şirkətlə bağlı - Qərar“Met-AK” MMC barəsində çıxarılmış məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, MMC-nin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Met-AK” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Palata tərtib etdiyi protokolu baxılması üçün Nəriman rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib və 1731 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan MMC apelyasiya şikayəti verib.

Xatırladaq ki, Azərbaycanda plastik boru, kənd təsərrüfatı təyinatlı məhsulların (meyvəçilikdə istifadə olunan müxtəlif ölçülü taraların) istehsalı ilə məşğul olur.