Sumqayıtda polis leytenantı özünü güllələdi

Kriminal

314

Sumqayıtda polis leytenantı özünü güllələdi2019.07.18, 21:53

Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün baş verib və 19:40 radələrində Rəhman Hüseynlinin meyiti xidməti otağında aşkarlanıb.

Polis zabitinin ehtiyatsızlıqdan özünə atəş açdığı ehtimal edilsə də, intiharı da istisna edilmir.