Sizin reklam burada
Sizin reklam burada

30 yaşlı qadının boğazını kəsdilər -Yevlaxda

30 yaşlı qadının boğazını kəsdilər -YevlaxdaMayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş