Sizin reklam burada
Sizin reklam burada

Ana və qızını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

Ana və qızını öldürən şəxs ömürlük azadlıqdan məhrum edildiLənkəran Ağır Cinayətlər Məhkəməsində ana və qızını öldürməkdə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

ONA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə Y. Bayramov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 29-da Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri - 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y. Bayramov Bakıda saxlanılıb.

  • Sosial şəbəkədə paylaş