Bakıda şok olay: İki nəfəri xəncərlə öldürmək istədilər

Kriminal

235

Bakıda şok olay: İki nəfəri xəncərlə öldürmək istədilərBakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək, 130 manat pullarını aldıqlarını bildiriblər.

18-ci polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.