Qubada iki yeniyetmə həbs olundu – Narkotik əməliyyatı

Kriminal

325

Qubada iki yeniyetmə həbs olundu – Narkotik əməliyyatıQuba rayon polis şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Aydın Mehrəliyev saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı orada olan sellofan torbada təmiz çəkisi 190 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən iki yeniyetmə, 16 yaşlı N.B və 17 yaşlı M.M şəxslər saxlanılıb.

Onlar üzərinə baxış zamanı N.B-dan 0.265 qram və M.M-dən 0.5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.