Çobandan yeniyetməyə qarşı dəhşətli əməl – Təfərrüa

Kriminal

542

Çobandan yeniyetməyə qarşı dəhşətli əməl – TəfərrüaFüzuli rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində 2003-cü il təvəllüdlü Tumas Musayev odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əli Məmmədov həbs edilib. Məlum olub ki, hadisə Böyük Bəhmənli kəndində yerləşən fermada baş verib. Əli Məmmədov həmin fermada çoban işləyib.

Hadisə şəxsi münasibətlər zəminində baş verdiyi deyilir.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.