Küçənin kəsişməsində qadına hücum etdi, qulağındakı sırğanı...– Bakıra olay

Kriminal

354

Küçənin kəsişməsində qadına hücum etdi, qulağındakı sırğanı...– Bakıra olayBakının Nizami rayonunda qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Azər Adıgözəlov haqda həbs qətimkan tədbiri seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib.

Azər Adıgözəlovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, bu ilin avqustun 30-da Nizami rayonunda qadına qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat verib.

Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.

Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Adıgözəlov saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onu qadına selofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Azər Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.