İsmayıllıda intihara cəhd

Kriminal

243

İsmayıllıda intihara cəhdİsmayıllı rayon sakini intihara cəhd edib.

Dünən axşam saatlarında Ağdam rayonundan olan məcburi köçkün, İsmayıllı şəhərində məskunlaşan 1965-ci il təvəllüdlü Allahverdiyeva Təzəgül İslam qızı yaşadığı evdə sirkə turşusu içib.

Qadın zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.