Banka basqın edən şəxs polis maşını ilə qaçdı

Banka basqın edən şəxs polis maşını ilə qaçdı
Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia”nın binasını ələ keçirərək təxminən 20 nəfəri girov götürən silahlı cinayətkar binanı polis avtomobilində tərk edib.

Bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Bildirilib ki, girovlardan biri İrakli Kvaratsxeliya “Facebook” səhifəsində vəziyyət barədə danışıb. Onun sözlərinə görə, kişi üç nəfər istisna olmaqla girovların çoxunu sərbəst buraxıb. Binadan çıxarkən əlində əl bombası tutaraq özünü girovların arxasında gizlədib. Girovların hamısı kişilər olub və onlar əlləri bağlı saxlanılıb.

Bundan əlavə, nəşr polis məmurlarından birinin danışıqlar zamanı bir çanta pul gətirərək cinayətkarlara könüllü təslim olduğunu qeyd edib. Yerli KİV-lərin verdiyi məlumata görə, hadisə yerindən canlı yayım edən jurnalistlər onun polisi rəisi olduğunu bildiriblər.

Hələlik şəhəri tərk edən cinayətkarın bir neçə girovla bərabər harda olduğu ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat vermir. Ehtimal olunur ki, onlar Gürcüstan tərəfinin nəzarət etmədiyi əraziyə birtəhər keçmək ümidi ilə Abxaziyaya tərəf yönəlib.

Qeyd edək ki, daha əvvəl yerli mətbuat cinayətkarın saxlanması ilə bağlı məlumat yaymışdı.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”