2 ton kokain ələ keçirilib

Kriminal

113

2 ton kokain ələ keçirilib
Meksika hərbçiləri ölkənin Sakit okean sahilindəki Akapulko şəhərindən 600 km cənub-şərqdə, açıq dənizdə olan gəmidə azı 2 ton kokain aşkar edərək ələ keçirib.

Bu barədə ölkənin Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, içərisində kokain olan paketlər 95 çantaya yerləşdirilib. Narkotiklər döyüş gəmisinə qoyularaq Akapulkoya aparılıb və lazımi araşdırma aparılması üçün Qerrero əyalətindəki prokurorlara təslim edilib.

Conflict.az