35 yaşlı forvardın imzalı oyun forması götürülüb

Kriminal

155

35 yaşlı forvardın imzalı oyun forması götürülüb
“Yuventus”un futbolçusu Kriştianu Ronaldo xoşagəlməz hadisə ilə üzləşib.

Portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

Qeyd edək ki, Kriştianu Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.

Conflict.az