17 ildən sonra ilk dəfə afroamerikalı edam edildi

Kriminal / Dünya

297

 17 ildən sonra ilk dəfə afroamerikalı edam edildi
ABŞ-da 17 ildən sonra ilk dəfə federal səviyyədə mühakimə olunan qara dərili cinayətkar barəsində edam hökmü verilib.

Bu barədə “Associated Press” məlumat yayıb.

1999-cu ildə iki nəfərin qətlində təqsirli bilinən Kristofer Vialvaya verilən hökm Terre-Hot (İndiana ştatı - Red) şəhərindəki həbsxanada icra edilib. Müttəhimi müdafiə edən vəkil bildirib ki, hakimin qərarına irqçilik təsir edib.

Son dəfə ABŞ-da federal səviyyədə edam hökmü 2003-cü ildə verilib. O vaxtdan bəri, ölümcül iynələrin istifadəsi qaydalarının razılaşdırılmaması səbəbindən bir növ qeyri-rəsmi moratorium mövcud idi.

Nəşr qeyd edib ki, ölkədə ölüm hökmü son illərdə dövlət səviyyəsində davam edir.

Conflict.az