"Mədən"də ər onunla mübahisə edən arvadını... - Şok olay

Kriminal

498

"Mədən"də ər onunla mübahisə edən arvadını... - Şok olayBakıda arvadını bıçaqlamaqda ittiham olunan Amil Qafarinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fikrət Qəribovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə Binəqədi rayonu, 1-ci Mədən yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Ülviyyə Qafari yaşadığı evdə həyat yoldaşı Amil Qafari ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı baş verib.

İstintaq orqanı tərəfindən Amil Qafarinin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.