Coratda söyüş üstündə qan töküldü – Küçədə dava

Kriminal

711

Coratda söyüş üstündə qan töküldü – Küçədə davaSumqayıt şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Hacı Zairovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Hacı Zairov 9 yanvar 2018-ci il tarixdə, saat 22.15-də əvvəllər tanımadığı Ramil Aslanovun yaşadığı Corat qəsəbəsindəki N.Nərimanov küçəsində nalayiq söyüşlər söyüb.

Bu zaman evindən çıxan Ramil Aslanov ona iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisə zəminində Hacı Zairov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Hacı Zairovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Hacı Zairov 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Hacı Zairov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Hacı Zairovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Hacı Zairovun şikayəti təmin olunmayıb.