"Qayınanası mənə dedi ki..." - 20 yaşlı qızın dəhşətli qətlində QANDONDURAN TƏFƏRRÜATLAR

Kriminal

179

"Qayınanası mənə dedi ki..." - 20 yaşlı qızın dəhşətli qətlində QANDONDURAN TƏFƏRRÜATLARAbşeronda 20 yaşlı qızın qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi günün müzakirə mövzusuna çevrilib.

Hadisə ilə bağlı Publika.az-a danışan Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə bildirib ki, öldürlən Aytənin cənazəsi hazırda morqdadır, qardaşı isə həbs olunub: “Bir neçə il öncə Aytənin anası və bacısı Yasamalda doqquzuncu mərtəbədən özlərini ataraq intihar etmişdilər. Bu hadisədən sonra Aytənin atası onları ölüm həddinə çatdırmada ittiham olunaraq 4 il həbs cəzası almışdı. Çünki o evdə ata tərəfindən şiddət var idi. O hadisədən sonra Aytən Yasamal rayon Prokurorluğu tərəfindən bizim sığınacağa yerləşdirildi. Bir neçə il bizim yanımızda qaldı. Ancaq artıq böyük qız idi və getmək qərarına gəldi. Aytən bir oğlanla qeyri-rəsmi nikahda oldu, ailə qurdular. Dünən onun öldürülməsi ilə bağlı qayınanası gecə 2-ə işləmiş mənə xəbər verdi. Aytənin vatsapına yazdıq, cavab vermədi. Bilirdik ki, qardaşı ilə görüşməlidir. Çünki münasibətləri yeni formalaşırdı. Aytən əslində bu məsələ ilə bağlı mənə də bildirmişdi və yanıma gəlmək istəyirdi. Onun sənədlərini düzəltməli idim. Çünki onun şəxsiyyət vəsiqəsi yox idi. Şəxsiyyət vəsiqəsini alması üçün sənədi valideyni tərəfindən təsdiq edilməli idi. O da bunu edə bilmirdi. Fikirləşdik ki, bunun qanuni çərçivədə yolunu tapıb, həll edək. Artıq uşaq da dünyaya gəlmişdi. Bir oğlu var, 8 aylıqdır. Mənə dedi ki, qardaşı tapılıb. Onunla əlaqə yaratmaq istəyir. Dedi ki, valideynlərimin evi var və mənim də həmin evdə haqqım var. Ona məsləhət verdim ki, əvvəl sənədlərini hazırlayaq, sonra bu məsələni qaldırarıq. Mən hardan bilim ki, qardaşı onu aldadacaq, nəsə edəcək. Bir aydan çox idi ki, Aytənlə əlaqəm yox idi. Çünki Aytən hansısa çay evində işləyirdi".

Aytən Fərzəliyevanı xarakterizə edən Kəmalə Ağazadə onun çox əxlaqlı bir insan olduğunu deyib: “Aytən kişi təbiətli bir qız idi. Qeyrətli qız idi. Vallah indi çay evində işləyənlərin hamısının üzərinə damğa vururlar. Bəs təhsili olmayan bir qadın harada işləsin? Biz onu məktəbə qoyduq, amma onun aldığı təhsil bilirsiniz nə idi? Fərdi təhsil idi və qısa müddətdə unuduldu. Çünki zamanında onun bazasında heç nə olmamışdı, məktəbə getməmişdi. Uşaq vaxtından orda-burda işləyib, ailəsinə, atasına pul qazanırdı. Aytənə “əxlaqsız” damğası vuran qardaşa üzümü tuturam. Bacın çətin vəziyyətdə yaşayanda sən harda idin, ay qardaş? Əsgərdən gələndən sonra bacına niyə sahib çıxmadın? Qeyrət dağarcığına bax!"