Neftin son qiyməti: stabilləşmə başladı

İqtisadiyyat

96

Neftin son qiyməti: stabilləşmə başladıŞənbə günü Səudiyyə Ərəbistanının iki böyük neftayırma zavoduna edilən hücum nəticəsində törənən yanğınların ardınca sürətlə bahalaşan neft qiymətlərində nisbi sabitlik yaranıb.
“Brent” markalı neftin bir barreli qısa müddətdə 20 faizdən də çox qalxaraq, 68 dolları keçmişdisə, ötən günün ikinci yarısından sonra ucuzlaşma başlayıb. Hazırda “Brent” markalı neftin bir barreli 64,38 dollaradır.

Yüngül neft isə 59 dollara təklif edilir.