Neft qiymətində sıçrayış – Bahalaşma başladı

İqtisadiyyat

572

Neft qiymətində sıçrayış – Bahalaşma başladıBir müddətdir sistemli olaraq ucuzlaşan neft qiymətlərində bu gün sıçrayış baş verib.
Dünya bazarında “Brent” markalı neftin bir barreli 1,5 dollardan çox bahalaşıb və 71,70 dollar olub.

VTİ markalı neftin bir barreli isə 1 dollara yaxın qalxıb və 61,17 dollara satılır.

Qeyd edək ki, ötən ayın əvvəlində neft son 4 ildə ilk dəfə olaraq 86 dollara qalxsa da, sonradan 70 dollara qədər enmişdi.

Ötən gün OPEK+ ölkələrinin 2019-cu ildə neft hasilatının gündə bir milyon barrel azaldılması təklifini dəstəklədikləri açıqlanıb.