Sizin reklam burada
Sizin reklam burada

Silah satışları 91 faiz artdı

Silah satışları 91 faiz artdı
Amerikalılar pandemiya dövründə - bu ilin martından sentyabr ayına qədər 15,1 milyon silah alıblar.

Bu barədə “The New York Times” Federal Təhqiqat Bürosunun məlumatlarına istinadən xəbər verib.

Qeyd olunub ki, ölkə əhalisi 2020-ci ildə rekord sayda silah alıb. Belə ki, silah satışları ötən ilə nisbətən 91 faiz artıb.

Qaradərili amerikalılar, qadınlar və əvvəllər odlu silah sahibi olmayanlar daha çox silah dükanlarına müraciət etməyə başlayıb. Miçiqan və Nyu-Cersidə yaşayan insanlar xüsusilə daha çox silah almağa başlayıb. Burada silah satışları keçən ilə nisbətən 198% (Miçiqan) və 180% (Nyu-Cersi) artıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ