Sizin reklam burada
Sizin reklam burada

Nyu-York Fond Birjasında indekslər artıb

Nyu-York Fond Birjasında indekslər artıb
ABŞ-da texnoloji səhmlərinə olan maraq fonunda Nyu-York Fond Birjasında (NYSE) başlıca indekslər artmağa başlayıb.

“Dow Jones” sənaye indeksi 250,62 bənd (+0,88%) artaraq 28 837,52 bəndə, “Standard & Poor 500” indeksi 57,09 bənd (+1,64%) artaraq 3 534,22 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 296,31 bənd (+2,56%) artaraq 11 876,26 bəndə yüksəlib.

Həmçinin hərracın əvvəlində “Apple” şirkətinin səhmləri 6,24 faiz, “Alphabet”in 3,74 faiz, “Microsoft”un 2,66 faiz yüksəlib. WTI markalı neftin noyabr fyuçersləri 0,36 faiz bahalaşaraq 39,57 ABŞ dollarından, qızıl isə 0,05 faiz bahalaşaraq 1 927,90 ABŞ dollarından satılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ