Korporasiya "TikTok"un amerikan biznesini aldı

İqtisadiyyat / Dünya

66

Korporasiya "TikTok"un amerikan biznesini aldı
Amerikanın "Oracle" korporasiyası ABŞ-da "TikTok" əməliyyatlarının satın alınması üzrə tenderi qazanıb.

Bu barədə məlumatlı mənbəyə istinadən "The Wall Street Journal" xəbər verir.

Məlumata görə, "Oracle" "TikTok"un ABŞ-dakı “etibarlı texnoloji tərəfdaşı” elan ediləcək. Son əməliyyat birbaşa satış kimi deyil, yenidən qurulma şəklində rəsmiləşdiriləcək.

"TikTok"un amerika əməliyyatlarının hansı hissəsinin "ByteDance" və investorları tərəfindən saxlanacağını barədə məlumat verilmir.

Conflict.az