Sizin reklam burada
Sizin reklam burada

Komanda yoldaşının 70 minlik saatını oğurlayan futbolçu qovuldu

Komanda yoldaşının 70 minlik saatını oğurlayan futbolçu qovulduFransanın “Nitsa” klubu gənc futbolçusu Lamine Diabi ilə müqaviləni ləğv edib.

Qol.az xəbər verir ki, bu bardə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçunun klubdan qovulmasına bir müddət əvvəl komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlaması səbəb olub.

Bir neçə gün əvvəl saatı oğurladığını etiraf edən və onu Dolberqə qaytaran Diabi daha əvvəl də intizamsızlığı ilə yadda qalıb.

Qeyd edək ki, Lamine "Nitsa”nın öz yetirməsidir.

  • Sosial şəbəkədə paylaş