Messiyə əskidən hazırlanmış top təqdim olundu

İdman

256

Messiyə əskidən hazırlanmış top təqdim olunduArgentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi Amerika Kubokunun yekunlarına əsasən, Roma Papası Fransisk Fondunun mükafatının sahibi olub.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu münasibətlə ona mozambikli uşaqların əskidən hazırladıqları və küçə futbolunu simvolizə edən top hədiyyə olunub. Roma Papası Fransiskin xeyir-dua verdiyi top komanda işini, həmrəylik, dürüstlük və qarşılıqlı hörmət ruhunu ifadə edir.

Qeyd edək ki, mükafatın qalibi 191 ölkənin 500 mindən çox təhsil müəssisəsinin qatıldığı sorğuya əsasən müəyyənləşib. Messi səslərin 34.28 faizini toplayıb. O, səsvermədə Edison Flores (Peru,15.56), Pedro Qalyeseni (Peru, 11.28 faiz), Dani Alveşi (Braziliya, 10,5 faiz) qabaqlayıb.

Messiyə səs verən şəxslər onun təvazökar, çalışqan və komandası üçün əlindən gələni etdiyini vurğulayıblar.