Biri "Mançester Siti"yə, o biri "Yuventus"a

İdman

251

Biri "Mançester Siti"yə, o biri "Yuventus"a"Mançester Siti"yə transfer olunacağı gözlənilən "Yuventus"un futbolçusu Joau Kanselu İngiltərəyə gedib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi bu gün İngiltərə təmsilçisində tibbi müayinədən keçəcək.

İki klub arasında razılığa əsasən, "Siti"nin Kanselu üçün təklif etdiyi futbolçu Danilo isə Turinə yola düşüb. İngiltərə təmsilçisi Danilodan başqa, "Yuventus"a 28 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Konselonun "Mançester Siti"də ilinə 4.5 milyon avro, Danilonun isə "Yuventus"da 3.5 milyon avro qazanacağı iddia olunur.