Sizin reklam burada
Sizin reklam burada

"Əsas hədəfimiz qrup mərhələsidir" - "Arsenal"ın baş məşqçisi

"Əsas hədəfimiz qrup mərhələsidir" - "Arsenal"ın baş məşqçisi"Futbolçular sabah kimin start heyətində meydana çıxacağını bilmir. Mənim isə ilk 11-liklə bağlı müəyyən fikirlərm var".

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko deyib. Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışan mütəxəssis çətin olacağını bildirib:

"Neftçi" yaxşı komandadır. Əvvəlki mərhələdə Moldova "Sperantsa"sına 6 qol vurublar. Hər il avrokuboklarda mübarizə aparırlar. Artıq hamı futbol oynamağı bacarır. Bizim üçün "Neftçi" ilə oynamaq xüsusi hadisədir. Ancaq Avropa Liqasının qrupuna düşmək üçün çox çalışmaq lazımdır. Bu, bizim hədəfimizdir".

Qeyd edək ki, sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

  • Sosial şəbəkədə paylaş