Sizin reklam burada
Sizin reklam burada

Hollandiya yığmasının sabiq futbolçusu saxlanıldı

Hollandiya yığmasının sabiq futbolçusu saxlanıldıFANAT 11:13
Hollandiya yığmasının sabiq futbolçusu saxlanıldı

A | A | A
Sneyder hadisə ilə bağlı şərh verməyib.

Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder polis tərəfindən saxlanılıb.

Buna 35 yaşlı yarımmüdafiəçinin Hollandiyanın Utrex şəhərində başqa bir şəxsin maşınına ziyan vurması səbəb olub. Təcrübəli oyunçu qarşı tərəfə təzminat ödəyərək məsələni həll edib.

Sneyder hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Uesli Sneyder 2018-ci ildən "Əl Qarafa"da çıxış edir. Onun müqaviləsi iyunun sonunda başa çatıb. Hollandiyalı yarımmüdafiəçi karyerası ərzində ölkəsinin "Ayaks", İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinib. (report)

  • Sosial şəbəkədə paylaş