Üç güləşçimiz 1/4 finalda, biri uduzdu - Avropa Oyunları

İdman

487

Üç güləşçimiz 1/4 finalda, biri uduzdu - Avropa OyunlarıBelarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün sərbəst güləş yarışlarına start verilib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulub.

Bu mərhələdə Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Vladimir Yeqorov (Şimali Makedoniya) olacaq.

74 kq çəki dərəcəsində güləşən Hacımurad Hacıyev elə ilk mərhələdəcə türkiyəli Soner Dəmirtaşa uduzub - 3:4.

Aleksandr Qostiyev (86 kq) 1/8 finalda moldovalı Deniv Balauru 7:1 hesabı ilə məğlub edərək, növbəti mərhələdə gürcüstanlı Sandro Aminaşviliyə rəqib olub.

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov da yarışa uğurlu start verib. Vitali Piasniakla (Belarus) görüşdə 6:0-lıq qələbə qazanan güləşçimiz 1/4 finalda Macarıstan idmançısı Daniel Ligetinlə qarşılaşacaq.