Sizin reklam burada
Sizin reklam burada

Argentina növbəti mərhələdə - Amerika kuboku

Argentina növbəti mərhələdə - Amerika kubokuAmerika kubokunda 3-cü turun oyunları davam edir.

Qol.az xəbər verir ki, artıq B qrupunda da mübarizəyə yekun vurulub. Son turda Qətər millisini 2:0 hesabı ilə məğlub edən Argentina yığması 4 xalla qrupda 2-ci pilləni tutaraq, adını "pley-off"a yazdırıb və Venesuelaya rəqib olub.Digər oyunda isə Paraqvaya minimal hesabla qalib gələn Kolumbiya millisi maksimum nəticə ilə növbəti mərhələyə adlayıb. Onların "pley-off"dakı rəqibi isə hələ bilinmir.


Amerika kuboku

B qrupu, 3-cü tur

23 iyun

Qətər - Argentina - 0:2
Qollar: L. Martines, 4, S. Aquero, 82

Kolumbiya - Paraqvay - 1:0
Qol: Q. Kuelya, 31


Qeyd edək ki, daha əvvəl A qrupunda mübarizə aparan Braziliya və Venesuela yığmaları növbəti mərhələyə vəsiqəni təmin edib.

  • Sosial şəbəkədə paylaş