Di Françesko La Liqa klubunda

İdman

308

Di Françesko La Liqa klubunda"Roma"nın sabiq baş məşqçisi Eysebio di Françeskonun yeni klubu müəyyənləşib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "Sevilya" ilə anlaşıb. La Liqa təmsilçisinin yeni təyinatı gələn həftə açıqlayacağı bildirilir. İtaliyalı mütəxəssislə 2 illik müqavilə nəzərdə tutulub.

Qeyd edək ki, "Sevilya" martda Pablo Maçini qovduqdan sonra komandanı mövsümün sonuna qədər Xakin Kaparros çalışdırıb. Əndəlüs təmsilçisi La Liqada mövsümü 6-cı pillədə başa vurub.