"Liverpul"un 6 futbolçusu rəmzi komandada

İdman

169

"Liverpul"un 6 futbolçusu rəmzi komandada“InStat”ın təhlilinə əsasən, İngiltərə Premyer Liqasında 2018/2019 mövsümünün rəmzi komandası müəyyənləşib.

Qol.az-ın məlumatına görə, ən yaxşı 11-likdə bu mövsümü ikinci pillədə tamamlayan "Liverpul"un 6 futbolçusu yer alıb. Çempion "Mançester Siti"dən 3, "Mançester Yunayted" və "Çelsi"nin 1 oyunçu rəmzi komandaya daxil olub.

Qapıçı: Alisson ("Liverpul")

Müdafiəçilər: Endryu Robertson ("Liverpul"), Kayl Uolker ("Mançester Siti"), Vircil Van Deyk ("Liverpul"), Joel Matip ("Liverpul")

Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted"), Eden Hazard ("Çelsi")

Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Serxio Aquero ("Mançester Siti"), Roberto Firmino ("Liverpul")

Qeyd edək ki, siyahıya oyunların yarıdan çoxunda iştirak edən futbolçular salınıb.