"Barselona"da ciddi itki

İdman

277

"Barselona"da ciddi itki"Barselona"nın hücumçusu Osman Dembele zədələnib.

Goal.az xəbər verir ki, Dembele, La Liqanın 36-cı turunda, "Selta" ilə görüşün (0:2) 6-cı dəqiqəsində zədələnərək, yerini Aleks Kolladoya verib. Fransız futbolçunun son durumu tibbi müayinələrdən sonra bilinəcək.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Dembelenin Çempionlar Liqasının yarımfinalının "Liverpul"la cavab oynununda iştirak edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, "Liverpul" - "Barselona" görüşü mayın 7-də keçiriləcək. Komandalar arasındakı ilk oyun Barcelona-nın 3:0 hesablı qələbəsiylə bitib.