Zabit Səmədovun idman zalı bağlanır

İdman

440

Zabit Səmədovun idman zalı bağlanır“Böyük Dəbilqə” 10-12 may və Qran-Pri isə 13-14 may tarixlərində keçiriləcək.

Azərbaycanlı kikboksçu Zabit Səmədova məxsus döyüş klubu müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

Buna səbəb may ayında Bakıda cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) və paracüdo üzrə Qran Pri yarışlarının təşkilidir.

Belə ki, “Zabit Səmədov” döyüş klubunun fəaliyyət göstərdiyi zal Heydər Əliyev İdman Arenasının daxilində fəaliyyət göstərdiyindən, yarış ərəfəsində və yarış zamanı ora giriş mümkün olmayacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” 10-12 may və Qran-Pri isə 13-14 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, “Zabit Səmədov” döyüş klubu yanvar ayından etibarən fəaliyyət göstərir.(oxu.az)