Şevçenko "Milan"a qayıdır?

İdman

210

Şevçenko "Milan"a qayıdır?"Milan"nın idman direktoru Leonardo komandanın baş məşqçisi Cennaro Qattuzonun qovulacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klub rəsmisi çalışdırıcının istefaya göndərilməyəcəyini söyləyib:

"Bizim Qattuzo ilə müqaviləmiz var. Heç vaxt onun istefasını müzakirə etməmişik. Həmişə bu məsələdə son dərəcədə açıq olmuşuq. Onu əvəzləmək barədə düşünməmişik".

Qeyd edək ki, son vaxtlar "Milan"ın əfsanəvi futbolçularından, hazırda Ukrayna millisini çalışdıran Andrey Şevçenkonun Qattuzonu əvəzləyəcəyi ilə bağlı xəbərlər dolaşır.