“Milan”ın keçmiş ulduzu Təbrizə qayıdır?

İdman

245

“Milan”ın keçmiş ulduzu Təbrizə qayıdır?Səhhətindəki problemlə əlaqədar bir müddət əvvəl Təbrizi tərk edən “Traktor”un ulduz futbolçusu Kevin Konstant yaxın günlərdə qayıda bilər.

Müalicəsinin davamı üçün İtaliyaya gedən futbolçunun qayıtmağa hazırlaşdığı bildirilib.

Məlumata görə, K.Konstant viza aldıqdan sonra ölkəyə geri dönəcək.

Qeyd edək ki, “Traktor” klubu yanvar ayında İtaliyanın “Milan” komandasının keçmiş yarımmüdafiəçisi ilə 3.5 illik müqavilə bağlayıb. K.Konstant bundan əvvəl “Milan”, “Trabzonspor”, “Bolonya” və “Sion” klublarında oynayıb.