Sizin reklam burada
Sizin reklam burada

"Yuventus" "Atletiko"ya, "Mançester Siti" "Şalke"yə qarşı - Yenilənir

"Yuventus" "Atletiko"ya, "Mançester Siti" "Şalke"yə qarşı - YenilənirBu gecə Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək.

Qol.az xəbər verir ki, 1/8 finalın cavab oyununda "Yuventus" "Atletiko"nu, "Mançester Siti" isə "Şalke"ni qəbul edəcək.

Komandalar arasında keçirilən ilk görüşün nəticəsi İspaniya və İngiltərə təmsilçilərinin mərhələ adlamaq şansını artırıb. Ancaq rəqibini doğma meydanda qəbul edəcək "Yuventus" Madriddəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Şalke"nin isə işi daha çətindir. Evdə qapısından 3 top buraxan almanlar güclü rəqibi ilə görüşdə geridönüş edəcəyi inandırıcı deyil.
Çempionlar Liqası

1/8 finalın cavab oyunları12 mart

00:00. “Yuventus” – “Atletiko”
İlk oyun - 0:2

00:00. “Mançester Siti” – “Şalke”
İlk oyun - 3:2



13 mart

00:00. "Barselona" - "Lion"
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"
İlk oyun - 0:0


Xatırladaq ki, "Mançester Yunayted", "Ayaks", "Tottenhem" və "Portu" 1/4 finala yüksəlib.

  • Sosial şəbəkədə paylaş