Xorvatiya millisinin əsas hücumçusu zədələndi

İdman

335

Xorvatiya millisinin əsas hücumçusu zədələndiXorvatiya millisinin daha bir üzvü zədələnib.

Qol.az xəbər verir ki, "Ayntraxt"da çıxış edən Ante Rebiç dizindən xəsarət alıb. 26 yaşlı hücumçu Almaniya Bundesliqanın son turunda "Hoffenhaym"la -keçirilən görüşdə zədə alıb.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə mətbuatına açıqlamasında Rebiçin AÇ-2020-nin seçmə mərhələsində yığmamaızla görüşdə iştirakının sual altında olduğunu bildirib. Qeyd edib ki, hücumçu martın 7-si Avropa Liqasının ilk 1/8 finalında “İnter”lə və martın 10-u Bundesliqada "Fortuna" ilə görüşdə iştirak etməyəcək. Futbolçunun durumuna gələn həftə aydınlıq gələcək.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.