Valverdedən qələbə şərhi

İdman

288

Valverdedən qələbə şərhi"Real" ilk hissədə bizdən yaxşı idi. Rəqib daha çox hücum etdi. Biz isə tez-tez top itkilərinə yol veriridik. Buna görə qollar buraxa bilərdik. Bizim üçün yaxşı oyun olmadı. Bunu söyləməliyəm".

Qol.az-ın məlumtına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverdə İspaniya kubokunun yarımfinalında "Real"a 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib."Üç cavabsız qolla qələbə qazandıq.Amma çox epizodumuz olmadı. Bundan əvvəlki matçlarda isə tam əksi olurdu. Futbol bəzən belədir.Çempionlar Liqasında "Lion"la matçda qapıya 25 zərbə vurub fərqlənə bilməmişdik".

E.Valverdə "El-Klassiko"da dubla imza atan futbolçusu Luis Suares haqda da danışıb: "Hər zaman təhlükəli hücumçudur. Qol vurmağa çox istəkli, aqressiv oyunçudur.Mütəmadi olaraq qol vurmağa çalışır".